Xəbər lenti

 

Türkiyənin Mardin vilayətində bir qadın yediyi şirniyyatın pulunu ödəməmək üçün saçından qopardığı tükləri paxlavanın içinə qoyub.  ​​​​​​

​​​​​​​Şirniyyat dükanına girib paxlava istəyən bir qadın saçından qopardığı tükləri paxlavanın son kəsiyinin içinə qoyub. Bunda sonra şirniyyatçını yanına çağıran qadın paxlavanın içindən saç çıxdığını söyləyərək pul ödəmədən oradan uzaqlaşıb. 

Hazırladığı şirniyyatdan əmin olan usta qadının iş yerindən ayrılmasından sonra təhlükəsizlik kameralarına baxıb. Görüntülərdə qadının saçından qopardığı tükləri paxlavanın içinə qoyduğunu görən şirniyyatçı şok yaşayıb. /moderator.az




Ana səhifəyə qayıt        Baxış: 332          Tarix: 19-10-2019, 22:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma