Xəbər lenti

Türkiyə Milli Müdafiə Nazirliyi 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.

Oxu.Az bildirir ki, nazirlik bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"İki bədəndə bir can - Türkiyə və Azərbaycan! Qardaş Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir, qəhrəman Azərbaycan xalqını ürəkdən salamlayırıq.

Qardaşlarımızla "Bir Millət, İki Dövlət" anlayışı ilə həmişə birlikdə olmağa davam edəcəyik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!", - deyə paylaşımda qeyd olunub.




Ana səhifəyə qayıt        Baxış: 2 667          Tarix: Bu gün, 13:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma