Avropa İttifaqı ölkələrində işləyən mühəndis və alimlərin sayı ildən-ilə artır. Belə ki, 2017-ci ildə onların sayı əvvəlki illə müqayisədə 2 faiz artıb. Mühəndis və alimlərin ümumi sayı Aİ ölkələrində 16,5 milyon nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, İspaniyada mühəndis və alimlərin sayı 1,3 milyon nəfəri keçib. Bu, ümumilikdə onların Avropada sayının 8 faizini təşkil edir. Beləliklə, İspaniya bu göstərici ilə Fransanı (10 faiz) irəli buraxıb, lakin Polşa (7 faiz) və İtaliya (6 faiz) kimi ölkələri geridə qoyub.
Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun məlumatına görə, beş il bundan əvvəlki dövrlə müqayisədə mühəndis və alimlərin sayı nəzərəçarpacaq dərəcədə artıb. O vaxt Aİ-də bu cür peşəkar hazırlıqlı 11 milyon nəfər çalışırdı.
Paylaş: