Xalq arasında çöpçü, nəzərçi, çıldaqçı fəaliyyətləri ilə məşğul olan insanları hamınız tanıyırsınız. Bir faktı da hamı təsdiq edir ki, adını sadaladığımız bu peşə sahiblərinin işini elm də hələ öyrənə bilməyib. Bir neçə gün öncə bir yaşlı oğlunu çöpçüyə aparan vətəndaş uşağının boğazından çıxan qidaların inandırıcı olmadığını deyib. Çöpçü isə iddia edib ki, guya bütün bunları azyaşlının boğazından çıxarıb. İkinci bir məsələ isə odur ki, çöpçü deyib ki, 200 AZN ver uşağın boğazını bağlayacam və bir də onun boğazında heç bir qida qalmayacaq.
Bəs tez-tez həkimlərin tənqid etdiyi bu peşə sahibləri həqiqətənmi bu işi bacarırlar, yoxsa yenəmi insanlarımız aldadılır?
Moderator.az-ın sualını tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov cavablandırdı. R.Mahmudov dedi ki, bizdə uşaq xəstələnən zaman valideynlər həkimə deyil, çöpçüyə müraciət edirlər:
“Çöpçü adlı peşə sahibləri yoxdu. İnsanın udlağı üçbucaq formasında olur. İnsan qida qəbul edərkən orda nəsə qalıb boğazı ağrıya bilər. Qaydalara əsasən bu problemlərə burun-boğazı həkimi baxmalıdır. Bu cür qidalar boğazda uzun müddət qalanda isə çürüyərək pis qoxu verir. İnsanlarımız başa düşmür ki, çöpçü adlandırdıqları bu adamlar uşağın boğazına üfürərkən özündə olan infeksion xəstəlikləri ona keçirir. Qaldı ki, vətəndaşdan pul istəyərək uşağın boğazını bağlayacağını deməsi çöpçülərin fırıldağıdır. Bunu bağlamaq mümkün olan şey deyil”.
Paylaş: