Xəbər lenti

 

Tanınmış həkim Rəşid Mahmudovla bağlı sosial şəbəkələrdə yeni video yayılıb.

Ovqat.com-un məlumatına görə, sözgedən videoda alim guya ittihamlar səsləndirib.  Bununla bağlı, Rəşid həkim A24.az-a açıqlama verib.

O deyib ki, bu, qəsdən edilib: “Məni gözdən salmaq üçün qəsdən edirlər. Çıxışımdan bir parçanı verirlər ki, guya mən dövlətə qarşıyam. Fikir elə deyil, kontekstdən çıxarılıb, demək istədiyim odur ki, hər yerdə terror baş verir, ona görə insanlarımız yatmamalıdır, ayıq- sayıq olmalıdırlar. Bu vətənə, dövlətə sahib çıxmaq lazımdır. Vətən bizim ən böyük namusumuzdur. Bu videonu savadsızlıqlarından yayıblar. Fikirlərimi təhrif olunmuş formada, məqsədli şəkildə yayıblar”.

Rəşid Mahmudov belə videonu yayanları məhkəməyə verəcəyini də söyləyib:

“Məndən icazəsiz videolarımı kim yayıbsa, aidiyyatı orqanlara müraciət edəcəm, məhkəməyə verəcəm onları”.

Jurnalist: Brilyant Rəsulova

Operator: Fərid Orucov




Ana səhifəyə qayıt        Baxış: 1 092          Tarix: 21-06-2017, 18:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma