Xəbər lenti

 

Bruney sultanına inşa edilən “Range Rover” limuzini “Silverstone Auksion evi”ndə keçirilən “NEC Classic” avtomobil klassikləri qapalı festivalında auksiona çıxarılıb.

Onun ilkin qiymətləndirilməsi 18-24 min funt-sterlinq təşkil edir ki, bu da 39-52 min manata bərabərdir.

Bruney sultanının sifarişi əsasında uzadılmış “Range Rover LSE” limuzini “Townley Cross Country Vehicles Ltd” tərəfindən yığılıb. Avtomobil hökmdarın kiçik qardaşı - Şahzadə Ceffri üçün nəzərdə tutulub və alıcısına 135 min funt sterlinqə (hazırkı məzənnə ilə 293.4 min manat) başa gəlib.

Avtomobil “Rolls-Royce Mason Black” qara rənginə boyanıb. Maşının daxili “Oxblood Connolly” salonu, “Wilton” kilimləri və qoz qabığından hazırlanmış dekorativ panellərlə təmin olunub.

2000-ci ilin iyununda Mayk Tayson Lou Savares ilə döyüşdən əvvəl bu “Range Rover”də Qlazqoya aparılıb. Daha sonra avtomobil indiki sahibinə - Danimarkadan olan kolleksiyaçıya təhvil verilib.

2006-cı ildə Bruney sultanına aid avtomobillərin, motosikletlərin və avtobusların siyahısı dərc edilib. Məlum olub ki, dünyanın ən varlı monarxlarından olan şərq hökmdarı 2 min 789 nəqliyyat vasitəsinə sahibdir. Bunların arasında doqquz “McLaren F1” və dörd “Bugatti EB110” var.




Ana səhifəyə qayıt        Baxış: 215          Tarix: 17-10-2019, 17:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma