Xəbər lenti

  Uzun müddətdir ki ,xəstəliyilə gündəmdə olan ,hətta bu ilin fevralında "öldü"xəbəri yayılan sabiq vergilər naziri Fazil Məmmədov sözün əsl mənasında Əzrayıla "qalib"gəlib.Bu mənada ki,aparılan çoxsaylı müayinə və müalicələr öz effektini verib. Keçmiş nazir əvvəlki həyatını öz axarı ilə yaşamaqda davam edir. Gəncədəki mənbələrin Modern.az-a verdiyi məlumata görə Fazil Məmmədov mütəmadi olaraq Gəncə Beynəxalq Xəstəxanasında olur,müayinələrdən keçir. Amma sağlamlığı hazırda tam olaraq yaxşıdır.Bakıda öz biznesi ilə məşğuldur.Qeyd edək ki,uzunmüddət  müalicə prosesindən sonra əvvəlki sağlamlığına qovuşan eks vergilər naziri səhəti pisləşdiyi üçün bu ilin iyun ayında qastrit diaqnozu ilə Gəncə Beynəxalq Xəstəxanasına yerləşdirilmiş vəziyyəti ağır olduğu üçün daha sonra Almaniyanın "Heidelberg"xəstəxanasında mədə əməliyyatı keçirmişdir.




Ana səhifəyə qayıt        Baxış: 678          Tarix: 9-12-2019, 16:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma