PKK-nın Suriya qanadı PYD öz nəzarəti altında olan yerlərdə 18 yaşını doldurmuş bütün gəncləri zorla hərbi xidmətə cəlb edir.
Ovqat.com bunu kürd mətbuatına istinadən xəbər verir.
Bildirildiyinə görə, PYD-nin asayış keşikçiləri ən son “ Qərbi Kürdüstanının” Derik şəhərinə bağlı kəndlərdə çox sayda gənci məcburi əsgərliyə aparmaq məqsədilə göz altına alıb.
“Dünən gecə Derikə bağlı Böyük Əli Gameş ilə Kiçik Əli Gameş kəndlərinə təşkil etdiyi basqınlarda onlarla gənci məcburi əsgərliyə aparılıb. Uşaqlarını əsgərliyə getməsini istəməyən ailələr ilə asayiş qüvvələri arasında gərginlik yaşandığı xəbər verilir.
PYD-nin asayiş qüvvələri iki gün əvvəl də Dijwêr kəndinə təşkil etdiyi basqınlarla bəzi gəncləri zorla toplamışdılar.
PYD-nin sözügedən bölgələrdə nəzarəti ələ keçirməsinin ardından çıxardığı qanunla yaşları 18-in üstündə olan kişilərə məcburi əsgərlik məkəlləfiyyəti gətirmişdi.
Suriya Milli Kürd Şurası (ENKS) və Rojava (Şimali Suriya-red.) xalqı həmin qanunun gəncləri məmləkətlərindən qaçmaq məcburiyyətində buraxdığını bildirir”-kürd mətbuatında belə deyilir.
Paylaş: