Xəbər lenti

Ağr vəziyyətdə olan 17 yaşlı Xankəndi sakini Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi aviasiya helikopteri ilə İrəvana çatdırılıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə yanvarın 22-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan tərəfi ilə razılaşdırılmaya əsasən hərbi pilot və həkimlər 17 yaşlı Qarabağda yaşayan erməni yeniyetmə xəstəxanasının reanimasiya şöbəsindən götürərək İrəvandakı Erebuni hərbi aerodromuna təxliyə ediblər.

“Rusiya sülhməramlı kontingentinin tibbi dəstəsi yol-nəqliyyat hadisəsi nəticəsində onurğası ağır zədələnmiş 17 yaşlı gəncin sanitar təxliyyəsini həyata keçirib. Xankəndi şəhərində xüsusi yardım göstərmək mümkün olmadığı üçün gənc İrəvan şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisəsinə aparılıb”, - Rusiya sülhməramlı kontingentinin nümayəndəsi İvan Voronin bildirib.

Məlumatda deyilir ki, 17 yaşlı gənc ötən gün bədbəxt hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yeniyetmənin valideynləri Rusiya sülhməramlı kontingentinin təyyarədən istifadə etməklə İrəvandakı ixtisaslaşmış tibb müəssisəsinə təcili təxliyə edilməsi üçün ictimai qəbula müraciət ediblər.


Ana səhifəyə qayıt        Baxış: 3 321          Tarix: 23-01-2022, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma