Xəbər lenti
Ermənistanın baş naziri Nikol Paşinyan gözlənilmədən Rusiyaya səfərə gedir.
Məlumatı "Hraparak" nəşri yayıb.

Qeyd edilib ki, səfərin detalları gizli saxlanılır: "Əldə etdiyimiz məlumata görə, baş nazir Nikol Paşinyan yenidən Rusiyaya səfər edəcək.

O, fevralın 10-da Moskvaya yola düşəcək və 11-də geri dönəcək. Səfərin səbəbini, kimlərlə görüşlərin olacağını və ya hansı məsələlərin müzakirə ediləcəyini öyrənə bilmədik.

Baş nazirin mətbuat katibi Mane Gevorqyan isə məsələ ilə bağlı sualımıza “Hazırda bu barədə məndə xəbər yoxdur, əgər nəsə informasiya olsa, məlumat verəcəyik”, - deyərək cavab verib".
//virtualaz.org/


Ana səhifəyə qayıt        Baxış: 3 170          Tarix: 9-02-2021, 18:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma