Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
“Rusiya tərəfi Qazaxıstanın suverenliyinə və müstəqilliyinə hörmət etməlidir”.
Ovqat.com xəbər verir ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell “Reuters” agentliyinə açıqlamasında belə deyib.
Diplomat Rusiyanı zorakılığa son qoymağa çağırıb: “Biz həmçinin bütün tərəfləri təmkinli olmağa və məsələni sülh yolu ilə həll etməyə çağırırıq. Aydındır ki, Aİ ölkədə dialoqu dəstəkləməyə hazırdır və istəklidir”.
Avropa diplomatiyasının rəhbəri Josep Borrell həmçinin Qazaxıstanda xarici qoşunların olması ilə bağlı ehtiyatlı olmağın vacibliyini vurğulayıb.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Qasım-Cömərd Tokayev dünən KTMT dövlət başçılarına müraciət edərək, ölkəsinə “terror təhlükəsini aradan qaldırmaqda köməklik göstərməyi” xahiş etmişdi. KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası isə guya “Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsini əsas gətirərək” Qazaxıstana kollektiv “sülhməramlı” qüvvələrin göndərilməsinə qərar vermişdi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar