Xəbər lenti

İran, Böyük Britaniya, Fransa və Almaniya arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqlar avqustun 26-da Cenevrədə keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə "The Times of Israel" mənbəyə istinadən məlumat yayıb.

"Çərşənbə axşamı İran və 2015-ci il nüvə sazişinin üç Avropa tərəfi, eləcə də Avropa İttifaqı Cenevrədə xarici işlər nazirlərinin müavinləri səviyyəsində danışıqların yeni raundu keçiriləcək", - deyə mənbənin bəyanatında bildirilir.

Bu görüş 2025-ci ilin iyununda ABŞ-nin İrandakı bir neçə nüvə obyektinə zərbə endirdiyi İsrail-İran eskalasiyasının başa çatmasından sonra ikinci görüş olacaq.

Xatırladaq ki, avqustun 13-də Fransa, Böyük Britaniya və Almaniya İran öz nüvə doktrinasına dair beynəlxalq ictimaiyyətlə danışıqları bərpa etməsə, ona qarşı sanksiyaları yenidən tətbiq etməyə hazır olduqlarını bildiriblər.




Ana səhifəyə qayıt        Baxış: 2 489          Tarix: Bu gün, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma