Xəbər lenti

İlk Ermənistan-Avropa İttifaqı sammiti 5 may 2026-cı ildə İrəvanda keçiriləcək.

Oxu.Az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Ölkənin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, zirvədə iştirak etmək üçün Ermənistana Avropa Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen gələcəklər.

Xatırladaq ki, martın 26-da Ermənistan parlamenti ölkənin Aİ-yə qəbul prosesi haqqında qanun qəbul edib.




Ana səhifəyə qayıt        Baxış: 2 676          Tarix: Dünən, 20:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma