Xəbər lenti

Qara dənizdə "MIDVOLGA-2" Rusiya gəmisinə hücum PUA (pilotsuz uçuş aparatı - dron) tərəfindən həyata keçirilib. Hücum nəticəsində gəminin üst hissələrinə kiçik ziyan dəyib, lakin heç kim xəsarət almayıb.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə "Rosmorreçflot"dan məlumat verilib.

"Dekabrın 2-si saat 8:00-da (Bakı vaxtı ilə saat 9:00 - red.) Qara dənizdə "MIDVOLGA-2" Rusiya gəmisinə PUA hücumu olduğu barədə məlumat daxil olub. Gəmiyə kiçik ziyan dəysə də, su sızması baş verməyib", - deyə məlumatda qeyd edilib.

"Gəmi sərbəst şəkildə Sinop limanına doğru hərəkət edir. Xəsarət alan yoxdur", - deyə "Rosmorreçflot" əlavə edib.




Ana səhifəyə qayıt        Baxış: 2 744          Tarix: Dünən, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma