Xəbər lenti
Bu gün, 10:31
Bu gün, 09:58
Dünən, 20:45
Dünən, 15:25
Dünən, 09:29
9-11-2025, 23:13
9-11-2025, 21:17
9-11-2025, 20:42
9-11-2025, 19:26
9-11-2025, 17:38
9-11-2025, 16:17
9-11-2025, 15:30
9-11-2025, 14:07
9-11-2025, 12:14
9-11-2025, 11:57

Uca Yaradanının ovucunda bir ovuc dən kimidir insanın taleyi, bəxti. Hara səpələnəcəyi, hansı torpaqda cücərəcəyi bilinməz. Biri torpağa düşüb göyərər, biri suda boğular, biri daşın üstünə düşüb toz olar. Fələyin qarğışına tuş gələnlər isə elə doğulduğu andan yara daşıyar. O yara nə zamanla sağalar, nə də sarğıyla…
Elə dəyərli Adilə xanım Nəzər də belə deyir:
“Sarğı neynər bu yaraya...
Sağalmaz fələk qarğayan.
Tanrı dən tək bir qarğaya
Ovuclayıb səpər səni "
Fələyin qarğışı altında doğulanlar var ki, onların yarasına nə sarğı çatar, nə dua. Hər dəfə sağalmaq istədikcə, taleyin dırnağı yenidən o yeri qanadır. Bəzən bu yaralar dərinin altında deyil, ruhun içində qanayar.
"Zaman dünyaya bir taxtsa,
Qismət üzə gülən baxtsa "
Zaman bir taxtdır və hər kəs öz növbəsini gözləyən bir bəndə kimi oturur onun ətəyində. Kiminsə üzünə gülən qismət, kiminsə alın yazısına hopan dərd. Amma yenə də bəşər övladı gözləyir. Çünki gözləmək bəzən yaşamaq qədər müqəddəsdir. Taleyin sərt səssizliyində ümidlə naümidlik arasındakı pıçıltı kimi səslənir bu misralar...
“Onda gözlə, eh, nə vaxtsa,
gözlədiyin tapar səni…”
Gözləyir ki, bir gün o “gözlədiyi” bəlkə bir insan, bəlkə bir xəbər, bəlkə də bir möcüzə dönüb gəlib onu tapsın. O vaxta qədər isə o, zamanın taxtı önündə səssiz dayanmış, səbirin daşına dönmüş bir bəndədir...
Və sonra bir çırpınışlı haray gəlir, bəlkə bir nakam qadını, bəlkə bir xatirəni, bəlkə də insanın içindəki o azmış tərəfi. Şair onu çağırır: “Ay Adilə, gəlmə bir də...”
Bu bənd bir növ xəbərdarlıqdır:
“Ay Adilə, gəlmə bir də!
Əriməkdə xeyir şərdə...
Ayıq ol, yatdığın yerdə
Öz itlərin qapar səni."
Şairin bu çağırışında həm kədər, həm xəbərdarlıq var. Çünki insan bəzən elə bir yolun yolçusuna çevrilir ki, nə xeyir qalır, nə şər, hər şey əriyir, qarışır bir-birinə...
Və Adilə Nəzər həyacanla içindəki mənə səslənir ki, gəlmə o köhnə yola, o yanlış sevdaya, o zəhərli həyata.
Və beləcə, şairin səsi Tanrı ilə insan arasında bir körpü kimi uzanır.
O, nə göylərdəki mələkdir, nə də tam yerə batmış günahkar. O, sadəcə taleyinin üzərinə su səpən, amma yenə də alışan bir ruhdur. “Sarğı neynər bu yaraya?” deyə soruşanda, biz anlayırıq ki, bəzən yaralar sağalmaq üçün deyil, insanı oyaq saxlamaq üçündür...
Bu şeirdəki hər misra bir duadır və bir qarğışla yan-yana durur. Tanrının səpdiyi danələri yığmaq mümkün deyil, bəlkə də həyat elə bu səpintilərin, bu yaraların, bu gözləyişlərin adıdır...
Bəzən sağalmaq istəmir insan, çünki yara onu diri saxlayır. Hər ağrı bir nəfəsdir, hər qırılma bir oyanışdır...
Ps- Fəlsəfə elmləri doktoru, hörmətli Adilə Nəzərin bütün şeirləri diqqətçəkəndir, amma üç bəndlik bu şeiri məni çox təsirləndirdi və ruhuma tanış hisslər olduğu üçün yan keçə bilmədim.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar



























