Xəbər lenti

 Kataloniyada referendum ətrafında baş verənlər dünyanın ilk internet müharibəsidir.

Axar.az xəbər verir ki, bu barədə “Vikiliks” saytının yaradıcısı Culian Assanc danışıb.

Assancın sözlərinə görə, Kataloniyada baş verənlər Berlin divarının yıxılmasından bu yana vətəndaşlarla hakimiyyət arasında Qərbdə baş verən ən genişmiqyaslı konfliktə çevrilib. Vətəndaşlar internetdən referenduma hazırlıq prosesində fəal istifadə edir, lakin ispan kəşfiyyatı müxtəlif informasiya hücumları, telekommunikasiya şəbəkələrini dondurmaq, əlaqə kanallarını ələ keçirmək və bir çox saytlara senzura tətbiq etməklə buna mane olmağa çalışır.

Qeyd edək ki, oktyabr ayının 1-də Kataloniyada müstəqillik referendumunun keçirilməsi nəzərdə tutulur.




Ana səhifəyə qayıt        Baxış: 648          Tarix: 1-10-2017, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma