Xəbər lenti

 

"Kataloniyada müstəqilliklə bağlı referendum keçirilməyəcək".

Bunu COPE radiosuna müsahibəsində İspaniya Müdafiə naziri Mariya Dolores de Kospedal söyləyib.

“Şantaja qarşı ehtiyatla, ağılla hərəkət etmək lazımdır. Dövlətin əlində bütün alətlər var və referenduma mane olmaq üçün onların hamısından istifadə ediləcək. Ona görə ki, bu bizim Konstitusiya quruluşumuza və qanunlarımıza hücumdur. Fəaliyyətimiz hansı səviyyədə olacaq? Bütün bunlar Kataloniyanı idarə edənlərdən asılıdır. Kataloniya artıq öz təhdidləri ilə səbir kasamızı doldurub”, – deyə, o, bildirib. /Axar.az/




Ana səhifəyə qayıt        Baxış: 625          Tarix: 25-05-2017, 19:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma