Xəbər lenti

Milli Məclisin deputatının etik davranış qaydalarını pozduğuna görə cəzalandırılması səlahiyyətinin Mərkəzi Seçki Komissiyasına (MSK) verilməsi təklif edilir.

“Report”un xəbərinə görə, bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik olunur.

Məcəllənin 175-ci (Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi) maddəsinə edilən dəyişikliklərdə bildirilir: “Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci (Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə), 4-cü (dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), 5-ci (özü imtina etdikdə), 6-cı (Bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin (Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər) tələbini pozduqda), 7-ci (deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda) bəndlərdə göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir. MSK-nın qərarından müvafiq məhkəməyə şikayət verilə bilər”.

Bu təklif bəzi deputatlar arasında fikir ayrılığına səbəb olub.

Layihə yaxın vaxtlarda ümumi müzakirəyə çıxarılacaq.




Ana səhifəyə qayıt        Baxış: 791          Tarix: 8-11-2017, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma