İranda hakimiyyətə və dini rejimə qarşı etirazlar dünən gecə də davam edib.
Axar.az xəbər verir ki, etirazların ən aktiv olduğu məkan yenə də paytaxt Tehran olub. Burada etiraz aksiyaları gecə saatlarına qədər davam edib. Etirazlar zamanı onlarla etirazçı həbs edilərək, naməlum istiqamətə aparılıb.
Etirazlar Kərəc, Əhvaz, Kirmanşah şəhərlərində, eləcə də Güney Azərbaycanın Həmədan əyalətinin Tuyserkan şəhərində də davam edib. Tuyserkanda etirazçılar “Xameneiyə ölüm” şüarları səsləndiriblər. Etirazçılara odlu silahdan atəş açılıb. Atəş nəticəsində bir neçə ölməsi və yaralanması informasiyay yayılıb.
Qeyd edək ki, dünən də etirazlar zamanı ölüm halı qeydə alınmışdı. Belə ki, ölüm halı Dorud şəhərində olmuşdu. Nəticədə 3 nəfər həlak olmuş, 1 nəfər yaralanmışdı.
Paylaş: