Xəbər lenti

 2017-ci ildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

“Report”un xəbərinə görə, bu barədə Bakı Şəhər Prokurorluğunda keçirilən geniş kollegiya iclasında məlumat verilib.

Qeyd olunub ki, 2017-ci ildə müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı, o cümlədən 3 rayon prokuroru intizam məsuliyyətinə cəlb edilib, onlardan 5 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

Kolegiyada tələb edilib ki, Şəhər Prokurorluğunun bütün struktur qurumlarında xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.




Ana səhifəyə qayıt        Baxış: 757          Tarix: 24-01-2018, 20:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma