Xəbər lenti

 Ötən bir il ərzində prokurorluq orqanlarının 59 işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 40 nəfərə töhmət və şiddətli töhmət verilib.

Report xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, 3 nəfər aşağı vəzifəyə keçirilib, 8 nəfər vəzifədən azad edilib, 4 nəfər prokurorluq orqanlarından xaric olunub, 4 nəfərə isə irad tutulub.

Z.Qaralovun sözlərinə görə, ötən bir il ərzində 294 prokurorluq işçisinin iş yeri dəyişdirilmiş, onlardan xidməti fəaliyyətlərində müsbət xarakterizə olunan 105 nəfər yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilmişdir. 156 nəfər eyni təsnifatda olan vəzifələrə, 33 nəfər isə müxtəlif əsaslarla aşağı təsnifat vəzifələrə təyin edilmişlər. Bu müddət ərzində xidməti qaydada həvəsləndirilmiş 144 prokurorluq işçisindən 5 nəfəri “Prokurorluğun fəxri işçisi” döş nişanına layiq görülmüş, 63 nəfər fəxri fərmanla təltif edilmiş, 31 nəfərə mükafatlandırma qaydasında rütbə, 1 nəfərə pul mükafatı verilmiş, 2 nəfərin intizam tənbehi üzərindən götürülmüş, 42 nəfərə isə təşəkkür elan edilib.




Ana səhifəyə qayıt        Baxış: 895          Tarix: 30-09-2017, 10:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma