Xəbər lenti

 

Bu ilin birinci yarısında fəaliyyətlərində yol verdikləri ciddi qanun pozuntularına və digər neqativ hallara görə Ədliyyə Nazirliyiİcra Xidmətinin 20 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, 7 nəfər isə tutduğu vəzifədən azad edilib.

 APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən müşavirədə bildirilib. Müşavirədə bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, işlərin hərəkətsiz saxlanılması halları və digər nöqsan və çatışmazlıqlar icra qurumlarının rəhbərlərinin nəzərlərinə çatdırılaraq onların aradan qaldırılması tələb edilib.

 Mövcud problemlərlə bağlı nazirliyin məsul işçiləri və yerli icra qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəbləri və onların aradan qaldırılması yolları müzakirə edilib.




Ana səhifəyə qayıt        Baxış: 947          Tarix: 21-07-2017, 19:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma