Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Yəqin ki, aviasiya sahəsində mütəxəssis olmayanlar belə, 300 nəfər sərnişin tutumu olan “Boeinq” təyyarəsi ilə kiçik həcmli hərbi kəşfiyyat təyyarəsini asanlıqla ayrıd edə bilər. Hərbi aviasiya mütəxəssisləri isə bu fərqi saniyələr ərzində müəyyənləşdirmək imkanına malikdirlər. Belə olan halda SSRİ hava hücumundan müdafiə qüvvələrinin sərnişin təyyarəsini hərbi kəşfiyyat təyyarəsi ilə səhv salaraq məhv etməsi təəccüblü və çox müəmmalı görünür.
Hadisə 1983-cü ilin sentyabrın 1-də baş verib. Koreya hava yollarına məxsus, Nyu-York-Seul 007 reysini icra edən “Boeinq 747” təyyarəsi SSRİ-nin Saxalin ərazisində hava məkanına daxil olanda, SSRİ Müdafiə nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Əmri “Su-15” qırıcı təyyarəsi ilə podpolkovnik Gennadi Osipoviç icra edib. İstefaya çıxdıqdan sonra jurnalistlərə verdiyi çoxsaylı müsahibələrdə o, özünü heç də günühkar saymayıb, 269 nəfərin həlak olmasını adi hal kimi qəbul edib:
“Mən hərbçi olmuşam və mənə verilən əmri icra etmişəm. Adətən mülki sərnişin təyyarələrinin salonunda işıqlar (illüminator) həmişə yanılı olur və təyyarənin çöl tərəfdən bir neçə yerində yanıb-sönən işıqlar onları fərqləndirir. Mən göydə təyyarəyə yaxınlaşarkən bunları müşahidə etdim və yerə xəbər verdim. Ancaq nədənsə mənim bu xəbərdarlığım ciddiyə alınmadı. Əmr verildi ki, təyyarəni vurmalıyam.
Birinci raket hədəfi tutmadı, ikincisi isə təyyarənin arxa hissəsinə dəydi. Mən işimi icra edib geri qayıtdım. Yerdəkilər elə düşünüblər ki, təyyarədə sərnişin yoxdur, uçanlar Amerika kəşfiyyatçılarıdır və onlar ərazidəki hərbi obyektlərin dislokasiyasını müəyyənləşdirirlər...”
Hadisə necə baş verib? 269 nəfər sərnişinin taleyinə hökm verən kim olub?
Reysi icra edən təyyarə Kamçatka ərazisində kursu 12 dərəcə dəyişərək Saxalin tərəfə istiqamət alıb. Ərazi üzrə dispetçerlər təyyarənin heyətinə hava məkanını pozduğuna görə birinci dəfə xəbərdarlıq ediblər. Bu xəbərdarlıqdan sonra təyyarə daha 8 dərəcə kursu dəyişərək SSRİ-nin hava məkanında uçuşunu davam etdirib.
Ərazidə xidmət edən hava hücumundan müdafiə qüvvələrinin hərbi hissəsinin komandiri dərhal Moskva ilə, SSRİ müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin baş qərargah rəisi marşal Nikolay Oqarkovla əlaqəyə girib və hadisə ilə bağlı ona məruzə edib. Oqarkov da öz növbəsində qərar çıxarmaq üçün baş katib Yuri Andropova müraciət edib. Dəqiqələr ərzində qərar qəbul olunub, Andropov təyyarənin vurulması ilə bağlı göstəriş verib.
Hadisə ilə bağlı ortaya maraqlı bir sual çıxır. Təyyarənin pilotu dispetçerlərin xəbərdarlığına niyə məhəl qoymayıb?
Bununla bağlı bir neçə versiya səsləndirilib. Birinci versiyaya görə, təyyarə SSRİ-nin hava məkanına daxil olarkən avtopilot rejimi komandaları düzgün qəbul etməyib. İkinci versiya ondan ibarət olub ki, həmin anlarda təyyarənin yerlə əlaqə üçün istifadə olunan rabitə qurğularında nasazlıq yaranıb ki, bununla da dispetçerlə əlaqə yaratmaq mümkün olmayıb.
Bütün səsləndirilən versiyaların arasında heç bir siyasi motiv, kəşfiyyat məqsədli fikirlər öz əksini tapmayıb. Sadəcə ərazini hava hücumundan müdafiə edənlər şəxsi fərziyyələrinə görə, elə düşünüblər ki, kənar təyyarənin hava məkanını pozması kəşfiyyat xarakterlidir. Məsələ Moskvaya da belə təqdim olunub. Şəxsi fərziyyə isə böyük faciə ilə nəticələnib.
Bu hadisə beynəlxalq aləmdə böyük səs-küyə səbəb olub.
SSRİ rəsmiləri digər hadisələrdə olduğu kimi, bu hadisəni də məxfi saxlamağa çalışıblar. Amma təbii ki, bunu gizlətmək onlara müyəssər olmayıb. Çünki təyyarədə həlak olanlar 16 ölkənin, o cümlədən 68 nəfəri ABŞ-ın vətəndaşı olub. ABŞ siyasətçisi, konqressmen Lourens Makdonald da hadisə qurbanlarından birinə çevrilib.
ABŞ prezidenti Ronald Reyqan hadisə ilə bağlı bəyanat verib, SSRİ-nin ünvanına sərt fikirlər səsləndirib: “Koreya təyyarəsinin vurulması insanlığa qarşı ən böyük cinayətlərdən biri sayılmalıdır və bu hadisə unudulmamalıdır. SSRİ-nin törətdiyi bu hadisə insanlıq çərçivəsinə sığışmayan dəhşətli bir vəhşilikdir..
Seulda on minlərlə insan küçə və meydanlara çıxaraq etiraz aksiyaları keçiriblər, sovet hərbçilərini lənətləyərək, SSRİ-ni “vəhşi dövlət” adlandırıblar.
Moskva isə “təmkin”ini pozmayıb. Ölkə rəsmiləri baş vermiş hadisə ilə bağlı mətbuat konfransı keçiriblər. SSRİ-də akkreditasiya olunmuş jurnalistlərin də iştirak etdiyi konfransda marşal Oqarkov Koreya təyyarəsinin uçuş istiqamətini əks etdirən xəritənin qarşısında sovet hərbçilərinə haqq qazandırmağa çalışıb. Brifinqdə təkrar-təkrar verilən “təyyarənin vurulmasını kim əmr edib” sualı isə cavabsız qalıb. Bu əmri verən Yuri Andropov cavabdan yayınaraq hadisəyə bir cümlə ilə münasibət bildirib.
“Əlbəttə, 269 nəfərin həlak olması dəhşətli faktdır, amma SSRİ-nin hava məkanının pozulması bundan da dəhşətlidir...”
Qeyd edək ki, Koreya təyyarəsinin vurulması ilə bağlı kütləvi informasiya vasitələrində yüzlərlə araşdırma materialları gedib, hadisə ilə bağlı “007 reysi” adlı sənədli film çəkilib, həlak olanların xatirəsinə mahnılar bəstələnib, xatirə kompleksləri yaradılıb.
Bu kövrək notların fonunda isə 70 il özünü dünyaya “humanist dövlət” kimi təqdim edən SSRİ 269 nəfərin həlak olmasında günahsız olduğunu sübut etməyə çalışıb...
Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar