Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Rəsmi Bakının təhvil verdiyi 3 erməni - hərbi əsir deyil, bu şəxslər 10 noyabr bəyanatından sonra DTX tərəfindən ələ keçirilən diversiya qrupunun üzvləridir. Hərbi əsir statusu daşımayan bu 3 şəxsin erməni tərəfinə təhvil verilməsi Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanizmin göstəricisidir.
Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli erməni terrorçulardan üçünün azad edilməsi haqda danışarkən deyib.
Politoloqun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə öz çıxışında vurğulayıb ki, bu gün bizdə hərbi əsir yoxdur:
“Ölkə başçısının da dediyi kimi, bu gün Azərbaycanda hərbi əsir yoxdur. Bütün hərbi əsirlər müharibə bitən kimi Ermənistan tərəfinə təhvil verilib. Bununla belə, 10 noyabr bəyanatı sonrası ələ keçirilən diversantlar mövcuddur”.
Politoloq qeyd edib ki, İlham Əliyevin humanizminin və Ermənistanla dinc-yanaşı yaşamaq istəyinin sübutu olan bu addımın qarşılığı olmalıdır:
“Azərbaycan bununla sübut edir ki, Qarabağ münaqişəsi tarixdə qalıb və bölgə üçün yeni səhifə açmağa hazırdır. Ermənistan bu humanist addımdan nəticə çıxarmalı, Azərbaycan ərazisində basdırdığı minaların xəritələrini verməli, o cümlədən 1990-cı illərdə əsir götürdüyü 4 mindən çox mülki və hərbi şəxsin taleyi haqda bilgini təqdim etməlidir. Bu addımın qarşılığı olmayacağı halda ermənilər Azərbaycan fərqli siyasət həyata keçirməyə məcbur olacaq. Xatırlayırsınızsa, Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin açılacağını qəti şəkildə elan etmişdi.
Əlbəttə ki, bu humanist addımlar bunun xoşla olmasına hədəflənib. Ancaq, Prezidentin də dediyi kimi, biz buna zorla da olsa, nail olacağıq. Azərbaycanın öz haqqını necə müdafiə etmək gücündə olduğunu Ermənistan 44 günlük Vətən savaşında və hazırda hələ də Qarabağda axtardığı erməni əsgər cəsədlərinin timsalında yaxşı bilir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar