Xəbər lenti


Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

Ovqat.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Məlumata görə, cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə, baş leytenant Qurgin Alberyan əsir götürülüb.



"Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd olunur. 

Bir qədər əvvəl Ermənistan Müdafiə Nazirliyi məlumat yayaraq hərbçisinin əsir düşməsini etiraf edib. Erməni tərəfi diversiya qrupunun başçısının əsir düşməsini guya onun hava şəraiti ilə bağlı yolunu azması ilə əlaqələndirib.




Ana səhifəyə qayıt        Baxış: 3 463          Tarix: 25-08-2020, 07:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma