Xəbər lenti

 
Paşinyan, Putin və Əliyevin 4 saat çəkən Moskva görüşünün 3 saatı erməni “əsir”lərinə həsr olunub.
 
Ovqat.com xəbər verir ki, bunu Ermənistanın hakim fraksiyası “Mənim addımım”ın rəhbəri Lilit Makunts bəyan edib.
 
Xatırladaq ki, danışıqlardan sonra keçirilən mətbuat konfransında  Paşinyan təəssüf hissi ilə Moskva görüşündən heç bir nəticə əldə etmədiklərini vurğulamışdı.
 
Paşinyan Moskva görüşünə iki gündəm maddəsi ilə getmişdi: “əsir”lərin geri qaytarılması və Dağlıq Qarabağın statusu. Erməni mənbələrinə inansaq, Paşinyanın 3 saatlıq çək-çevirinə baxmayaraq yox cavab aldığı bu məsələdə Azərbaycan prezidentinin arqumenti dəyişilməz və konkret olub: “Onlar hərbi əsir yox, terrorçudurlar, 9-10 noyabrda imzalanan Bəyanat terrorçulara şamil oluna bilməz”. 
 
Qeyd edək ki, Azərbaycan ordusunun 9-10 Yanvar Bəyanatından sonra Hadrutun kəndlərində diri ələ keçirdiyi 62 erməni diversantı terror aktları həyata keçirmək üçün Qarabağa gəlmiş və 5 əsgərimizi həlak etmişdi. Ermənistan tərəfi həmin terrorçuları da hərbi əsir kimi göstərməyə çalışır və onların təhvil verilməsini istəyir. Azərbaycan isə terrorçuları azadlığa buraxıb həm hüquq normativlərini pozmaqda, həm də beynəlxalq və yerli ictimaiyyət qarşısında özünü çətin vəziyyətə salmaqda qətiyyən maraqlı deyil. Ölkə qanunvericiliyinə görə isə, 62 erməni terrorçusunu axır nəfəslərinə qədər Azərbaycan zindanlarında ömür çürütmək taleyi gözləyir.
 
Digər maddələrə cəmi 1 saat ayrılmasının səbəbi yenə İlham Əliyevin Dağlıq Qarabağın statusunun masaya yatırmaq istəməməsi olub. Prezidentin fikrincə, Dağlıq Qarabağ məsələsi 9-10 noyabr Bəyanatına əsasən həll edilib və Azərbaycanın daxili məsələsi Ermənistanla müzakirəyə çıxarıla bilməz. Dağlıq Qarabağda yaşayan ermənilərin taleyi ancaq və ancaq beynəlxalq qurumlarla müzakirə ediləcək. Odur ki, bu məsələ ümumiyyətlə gündəmə gətirilməyib.

Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 625          Tarix: 13-01-2021, 23:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma