Xəbər lenti
Bu gün, 10:30
Bu gün, 09:29
Dünən, 23:00
Dünən, 18:20
Dünən, 16:32
Dünən, 13:30
Dünən, 11:21
Dünən, 09:32
24-01-2025, 23:54
24-01-2025, 22:16
24-01-2025, 22:00
24-01-2025, 19:42
24-01-2025, 18:20
24-01-2025, 17:35
24-01-2025, 16:12
24-01-2025, 16:00
24-01-2025, 14:30
Pakistan Silahlı Qüvvələrinin Xidmətlərarası İctimai Əlaqələrinin (ISPR) verdiyi xəbərə görə, terrorçuların Bəlucistanın Keç rayonunda təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə edilən terror hücumunda on əsgər öldürülüb.
“The Express Tribune” saytı xəbər verir ki, terrorçuların nəzarət-buraxılış məntəqəsinə “yanğın basqını” zamanı intensiv atışma baş verib. Təhlükəsizlik qüvvələri hücumu dəf edib, nəticədə bir terrorçu öldürülüb, bir neçəsi yaralanıb və üç nəfər həbs edilib. ISPR bəyanatında bildirib ki, cinayəti törədənlərin tutulması üçün növbəti əməliyyat-axtarış tədbirlərinə başlanılıb, daha üç terrorçu həbs olunub: “Hadisəyə görə məsuliyyət daşıyanların axtarışı zamanı 3 terrorçu yaxalanıb. Silahlı qüvvələr nəyin bahasına olursa-olsun terrorçuları torpaqlarımızda məhv etmək əzmindədir”.
Bu arada Baş nazir İmran Xan Bəlucistanda Pakistan Ordusunun 10 əsgərinin şəhid olması ilə bağlı kədərləndiyini bildirib, həlak olanların ailələrinə başsağlığı verib. Baş nazir deyib ki, əsgərlərin hər damla qanı ölkənin təhlükəsizliyinə təminat verir: “Qorxaq düşmən artıq terrora qalib gəlmiş güclü bir xalqla üz-üzədir”.
Pakistan Münaqişə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun (PICSS) bu ayın əvvəlində açıqladığı hesabatda deyilir ki, ölkədə son altı il ərzində hücumların ardıcıl azalmasından sonra 2021-ci ildə silahlıların hücumlarında 56 faiz artım müşahidə olunub.
PICSS-in statistikası göstərir ki, 2021-ci ildə yaraqlılar 294 hücum həyata keçirib, nəticədə 395 nəfər, o cümlədən 186 mülki şəxs və təhlükəsizlik qüvvələrinin 192 əməkdaşı şəhid olub. Ən azı 629 nəfər, o cümlədən 400 mülki şəxs və 217 təhlükəsizlik qüvvələri əməkdaşı yaralanıb. PICSS hesabatında deyilir ki, təhlükəsizlik qüvvələri il ərzində 188 yaraqlını öldürüb və azı 222 silahlı şübhəlini həbs edib.
Ötən həftə Daxili İşlər naziri Şeyx Rəşid federal paytaxtda mətbuat konfransında çıxış edərək, ölkədə son vaxtlar terror hadisələrinin artması barədə danışıb. Nazir jurnalistlərə deyib ki, terror hadisələri avqustun 15-dən bəri təxminən 35% artıb: “Ancaq bu, millətimizi, mənəviyyatımızı, ruhumuzu və silahlı qüvvələrimizi sındıra bilməz”.
Azpolitika.info
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər