
Xəbər lenti
Bu gün, 17:10
Bu gün, 17:00
Bu gün, 14:54
Bu gün, 10:10
Bu gün, 09:14
Dünən, 23:30
Dünən, 20:00
Dünən, 18:20
Dünən, 16:44
Dünən, 14:30
Dünən, 14:00
Dünən, 12:05
21-08-2025, 23:28

ABŞ Prezidenti Co Bayden Rusiya vətəndaşlarını Birləşmiş Ştatlardan qorxmamağa səsləyib. Onun sözlərinə görə, rusiyalılar həm də NATO və Ukraynadan ehtiyat etməməlidirlər.
ABŞ liderinin videomüraciəti Ağ Evin rəsmi YouTube kanalından elan olunub. Bayden xatırladıb ki, bizim ölkələrimiz İkinci Dünya müharibəsində müttəfiq olublar: “ABŞ rusiyalıları təhdid etmir və Rusiyada sabitliyin pozulmasını istəmir. Rusiya vətəndaşlarına müraciət edərək bildirirəm ki, bizim düşmənimiz deyilsiniz. İnanmıram ki, kimsə Ukraynaya qarşı qanlı və dağıdıcı müharibə istəyir. Bu ölkələrin sıx əlaqələri, ümumi tarixi və mədəniyyəti olub. 77 il əvvəl bizim xalqlar çiyin-çiyinə döyüşüblər ki, tarixin ən dəhşətli müharibəsinə son qoysunlar”.
Bayden bəyan edib ki, Rusiya Ukrayna ilə sərhəddə 150 mindən artıq hərbçi cəmləşdirib: “Rusiyanın Ukraynaya soxulması istənilən an baş verə bilər. Ancaq ABŞ Ukraynaya təcavüzün qarşılığında Rusiyaya sərt cavab verməyə hazırdır”.
“AzPolitika.info”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar