Xəbər lenti

“Şuşa Bəyannaməsinin içərisində hərbi, siyasi və digər məsələlər var. İşğaldan azad edilən ərazilərdə görüləcək işlərlə bağlı da məsələlər var”.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Hərbi, siyasi və hüquqi sahədə əlaqələrimizdə baxılacaq addımlar var. Aidiyyəti qurumlar tərəfindən bununla bağlı işlər aparılır“, - deyə o vurğulayıb.

“Azərbaycan və Türkiyəyə bir-birinin hərbi dəstəyinə ehtiyac duyduğu zaman qarşılıqlı yardımın hansı mexanizmlərlə aparılmasını müzakirə edir” - deyə,, Mövlud Çavuşoğlu bildirib..

Nazir qeyd edib ki, danışıqlardan sonra həmin mexanizm formalaşdırılacaq.

Nazirin sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində müvafiq qurumlar işləyiR.

Qeyd edək ki, ürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 5-də Prezident İlham Əliyevin qəbulunda olarkən də Şuşa Bəyannaməsinin əhəmiyyətini qeyd edib: "Cənab Prezident, Şuşa Bəyannaməsini hazırlamaq və imzalamaq sizlərin fikri idi. Biz də Ceyhun qardaşımla birlikdə bunun üzərində çalışdıq və təxminən bir il əvvəl - doqquz ay əvvəl qardaşınız - Prezidentimiz Ərdoğan ilə birlikdə imzaladınız. Təxminən bir ay əvvəl iki gün ara ilə iki Məclisdə də bunun təsdiqlənməsi əslində sizin ortaya qoyduğunuz bu iradəni daha da gücləndirdi. Xalqımızın təmsilçilərinin də buna səs verməsi önəmli idi. Bunun da koordinasiyasını biz bir yerdə sizin tapşırığınızla etdik".

"Şuşa Bəyannaməsi, - həqiqətən də biz onsuz da təbii müttəfiqik, - bir millət, iki dövlətə yaraşan kimi oldu. Cənab Prezident, bunu sizin imzalarla sadəcə rəsmiləşdirdik. Bunun içərisindəki məsələlərin həyata keçirilməsi istiqamətində də biz qardaşlarımızla səylə çalışırıq. Təkcə xarici işlər nazirləri deyil, bütün qurumlarımız çalışır, konkret addımlar atmalıyıq. Sizin də söylədiyiniz kimi, bizim aramızda əlaqələrin güclənməsi yalnız iki ölkənin və xalqın əlaqələrinin güclənməsinə, ya da marağına deyil, bölgənin sabitliyi və əmin-amanlığına da çox faydası olacaq. Bu səbəbdən biz Şuşa Bəyannaməsində yer alan məsələləri bölgədəki ölkələrlə münasibətlərimizdə də əksini tapması üçün üçtərəfli, dördtərəfli formatlarda çalışacağıq.

Təbii ki, bölgəmizdə mühüm proseslər yaşanır, bu proseslərin təsirləri var. Bundan başqa, burada Sizin Zəngəzur dəhlizi daxil olmaqla həyata keçirəcəyiniz önəmli layihələr var. Bütün bu məsələlərdə gördüyümüz işlər haqqında məlumat vermək və bundan sonra birlikdə hansı addımları atacağıq, onları birlikdə dəyərləndirmək üçün bu gün Bakıya gəldim", - M.Çavuşoğlu bildirib.

Azpolitika.info


Ana səhifəyə qayıt        Baxış: 4 554          Tarix: 5-03-2022, 17:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma