Xəbər lenti

Ukrayna Prezidenti Vladimir Zelenski dünyanı Rusiya ordusunu beynəlxalq terror təşkilatı kimi tanımağa çağırıb.

Prezidentin mesajının mətni Prezident Aparatının saytında dərc olunub.

Mətndə Rusiya ordusu bəşəriyyətə qarşı çoxsaylı cinayətlərdə, dinc əhaliyə qarşı terrorda və süni böhranların yaradılmasında ittiham olunur.

Müraciətin mətnində deyilir:

"Rusiya ordusu beynəlxalq terror təşkilatı kimi tanınmalıdır. Çünki Rusiya ordusu təkcə Ukraynada deyil, bütün dünyada, o cümlədən, Moldova, Gürcüstan, Suriya, Liviya, CAR, Mozambik və s. ölkələrdə cinayətlər törədib”. (Teleqraf.com)




Ana səhifəyə qayıt        Baxış: 3 269          Tarix: 2-09-2022, 15:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma