Xəbər lenti

Noyabrın 8-i ABŞ Konqresinə seçkilər keçiriləcək: 435 nəfərlik alt qanadın – Nümayəndələr Palatasının bütünlüklə yenilənməsi, 100 nəfərlik yuxarı palatanın – Senatın 34 üzvünün seçilməsi gözlənir.

Novator.az bildirir ki, indi Nümayəndələr Palatasında Demokratlar Partiyasının 219, Respublikaçılar Partiyasının 211 mandatı var. 5 yer boşdur.

Senatda respublikaçılar 50, demokratlar 48 nəfərlə təmsil olunur. 2 senator partiyasızdır.

ABŞ-da prezident postunu Demokratlar Partiyasından Cozef Bayden tutur. O, 2021-ci il yanvarın 20-dən kürsüdədir.

ABŞ 50 ştat və 1 federal dairədən ibarətdir. Nümayəndələr Palatasında ştatların təmsilçiliyi əhalinin sayına bağlıdır. Senata hər ştatdan 2 nəfər seçilir. Vitse-prezident Senatın üzvü və sədri sayılır, ancaq səsverməyə yalnız səslər tən bölünən hallarda qatıla bilir.

Paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsinin Konqresdə təmsilçiliyi yoxdur.




Ana səhifəyə qayıt        Baxış: 3 123          Tarix: 8-09-2022, 23:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma