Xəbər lenti

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanın bu təxribatlarına cavab tədbirləri həyata keçirdiyini və baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

“Report”un xəbərinə görə, bu barədə dövlət başçısı sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edərkən bildirib.

Qeyd edək ki, görüşdə sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin iki ölkənin sərhədinin Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar müzakirə olunub.




Ana səhifəyə qayıt        Baxış: 3 264          Tarix: 13-09-2022, 19:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma