Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici ölkələrə səfəri zamanı bəzi dövlətlərin nümayəndələri Türkiyə liderindən Azərbaycanla bağlı xahişlər edirlər.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfat və meşəçilik naziri Vahit Kirişçi məlumat verib.

Prezident R.T.Ərdoğanı səfərlərində müşayiət etdiyini deyən V.Kirişçi bildirib:

"Bizə deyirlər ki, sizin Putin və Rusiya ilə yaxşı münasibətiniz var, lütfən, deyin, təbii qazımızı kəsməsinlər. Əgər kəssələr, donarıq. Azərbaycan sizin dostunuz və qardaşınızdır, bizim idxal etdiyimiz yanacağın klapanını bağlamasınlar".




Ana səhifəyə qayıt        Baxış: 3 565          Tarix: 25-09-2022, 11:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma