Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Mərkəzi Şura sədri Rəşad Bayramov, Beynəlxalq əlaqələr üzrə sədr müavini Elşən Mustafayev Böyük Britaniyanın Konservatorlar partiyasının 2-5 oktyabr tarixlərində Birmingemdə keçiriləcək Qurultayına dəvət olunublar.
Ovqat.com-a bu barədə məlumat AMİP-dən verilib.
Məlumata görə, qurultay Konservatorlar partiyasının ən böyük siyasi toplantısı hesab olunur. Bu toplantıda Böyük Britaniyanın bütün bölgələrindən partiya nümayəndələri, parlament üzvləri, hökumət rəhbərləri, nazirlər, böyük biznes nümayəndələri, xaricdə əməkdaşlıq etdiyi siyasi partiya rəhbərləri və s. iştirak edəcəklər.
AMİP-in Böyük Britaniyanın Konservatorlar partiyası ilə əməkdaşlığının tarixi 1996-cı ildən başlayıb ikitərəfli müttəfiqliyə çevrilib və sonradan Beynəlxalq Demokrat İttifaqı çərçivəsində daha da inkişaf etdirilib. Bu illər ərzində müxtəlif beynəlxalq tədbirlərdə iştirakla yanaşı, istər Azərbaycanda, İstərsə də Böyük Britanitada seminarlar, konfranslar şəklində çoxlu sayda birgə layihələr həyata keçirilmişdir.
Paylaş: