Xəbər lenti

"Bu gün Qafqaz evi bölgədə sülh üçün vacib olan modeldir".

"Report" xəbər verir ki, bunu Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin direktoru Araz Aslanlı Azərbaycan Beyin Mərkəzlərinin l Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qafqazın gələcəyi üçün siyasətçilərin, hərbçilərin və bəyin mərkəzlərinin görəcəyi işlər fərqlidir: "Qafqazdakı sülh üçün ən azı buradakı üç ölkə birgə işləməlidir. Hətta yaxşı olar ki, ən azı üç qonşu ölkə də prosesə qoşulsun".

A. Aslanlı bildirib ki, Qərbdəki beyin mərkəzlərini da prosesə daxil etmək olar: "Müharibədən sonra Qafqazda sülh quruculuğu prosesində bu dövlətlərin birgə platformasını yaratmaq olar. Azərbaycan dövləti daxildəki bəyin mərkəzlərinə belə bir model hazırlamaq üçün sifarişlərlər verə bilər. Sonra bu prosesi genişləndirmək mümkündür".




Ana səhifəyə qayıt        Baxış: 2 679          Tarix: 28-09-2022, 12:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma