Xəbər lenti

Hurriyyet.az “Vestnik Kavkaza” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin Ədliyyə naziri Bekir Bozdağ  yeni Konstitusiyanın mümkün qədər tez bir zamanda qəbul edilməsinin tərəfdarı olduğunu bildirib.

Onun sözlərinə görə, Türkiyəyə təcili yeni Konstitusiya lazımdır, çünki bu olmasa, yeni Türkiyə də ola bilməz. Nazirin sözlərinə görə, yeni Konstitusiyanın qəbul edilməsi ilə Türkiyə tarixində yeni səhifə açıqlacaq. Nazir əvvəllər də yeni Konstitusiya hazırlanması üçün cəhdlər edildiyini, lakin bu cəhdlərin boşa çıxdığını qeyd edib.

Bekir Bozdağdeyib: “Türkiyə tez və ya gec yeni Konstitusiyanı qəbul edəcəkdir. Onun demokratik şəraitdə qəbul edilmiş və hər bir kəsin maraqlarını müdafiə edən yeni əsas qanuna ehtiyacı var”.

Bozdağ əvvəllər ölkədə hərbi çevrilişlərdən sonra Konstitusiyanın dəyişildiyini də xatırladıb.




Ana səhifəyə qayıt        Baxış: 2 833          Tarix: 3-10-2022, 23:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma