Xəbər lenti

Azərbaycan Ermənistanın hərbi büdcəsini kəskin artırmasını, silah alışı ilə bağlı son addımlarını diqqətlə izləyir. Ermənistanın sülh danışıqlarından qaçması, Fransaya arxalanması, Hindistandan yeni partiya silahlar alması, İranın zərbə dronlarına maraq göstərməsi onun gələcək planlarının məzmununu açır. 

Hərb meydanında acı məğlubiyyətə düçar olmuş dövlətin yenidən baş qaldırmaq üçün vurnuxmaması üçün diktə edən tərəf ona bir neçə istiqamətdən əlavə zərbələr endirməlidir.

Məsələ ilə bağlı “Kaspi” qəzetində şərh yayımlanıb.

Strateji ağlı və praqmatik yanaşması olan məğlub ölkə keçmişdən süzülüb gələn mifik obrazlardan və iddialardan əl çəkməli və özünü gələcəyə kökləməlidir.

Təssüflər olsun ki, Azərbaycanı özünün əbədi düşmən kimi xarakterizə edən Ermənistan üçün bu fikirləri söyləmək çətindir, çünki rəsmi İrəvan tarixin müxtəlif mərhələlərində ermənilərin yaratdığı əsatirlərin əlində əsir-yesirdir.

Ermənistan dərs çıxarmır

Azərbaycana 44 günlük müharibədə biabırçı şəkildə uduzan, postmünaqişə dövrünün tənzimlənmə mərhələlərində istər sərhəd zonasında, istərsə də diplomatik arenalarda ardıcıl və sistemli məğlubiyyətlərdən nəsibini alan Ermənistan olanlardan dərs çıxarmır.

Bunun əvəzinə Azərbaycan və Türkiyənin yaratdığı qorxu səbəbi ilə mürgüləyən ərazi iddiaları sevdasını oyatmaq üçün nəzəri ideyaları əməli müstəviyə daşıyır.

Düzdür, canlarına qorxu elə hopub ki, bu isterika Yer kürəsinin məhv olma anına qədər onların xarakterində qalacaq, lakin yenə də nələrəsə ümid edib Qarabağ müharibəsinin nəticələrini dəyişməyə çalışırlar.

Ermənistanın hakimiyyət zümrələrində elə dairələr var ki, onlar Azərbaycanın qarşısına keçməyin ağılsızlıq olduğunu dərk edirlər, lakin bu, böyük ideoloji sunaminin içərisində itib-batan bir neçə damla səviyyəsindən o tərəfə keçməyib.

Hərbi xərclərdəki məkr

Ona görə də, Ermənistan 2023-cü il üçün dövlət büdcəsində hərbi xərcləri artıraraq onu 1,3 milyard dollar həddinə qaldırmağı planlaşdırır ki, bu da 2018-ci illə müqayisədə iki dəfə çoxdur.

Şərq-Qərb marşrutu ilə yanaşı, Hindistanın pay sahibi olduğu Şimal-Cənub beynəlxalq nəqliyyat koridoruna inteqrasiya edilə bilər ki, bu da Yeni Dehlinin aqressiyalarına son qoyar.

Ermənistan Azərbaycanın başlatdığı sülh və təhlükəsizlik prosesinin önünə tıxac vurmaq niyyətlərindən əl çəkməlidir, heç olmasa diqqətdə saxlamalıdır ki, Zəngəzur dəhlizi layihəsi qlobal tədarük zəncirlərində yeni həlqə olacaq və bütün güclər burada öz maraqlarını təmin etməyə çalışacaq.

Buna müxtəlif üsullarla maneə yaradan, gah İrana, gah Fransaya, gah da başqa tərəflərə sürüşən Ermənistan unutmamalıdır ki, Azərbaycanın sərhədlərə dair, sülh və təhlükəsizlik modelinə aid strateji baxışları eyni zamanda qlobal missiyaya xidmət edir. Ona görə də, Ermənistan hazırkı tempi saxlasa, Azərbaycan hərbi güc tətbiq etməli olacaq




Ana səhifəyə qayıt        Baxış: 3 218          Tarix: 3-12-2022, 18:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma