Xəbər lenti

Kremlin sözçüsü Dmitri Peskov Rusiya XİN başçısı Sergey Lavrovun istefa verəcəyi ilə bağlı məlumatları təkzib edib.

TASS xəbər verir ki, Peskov bu cür şayiələrə inanmağın doğru olmadığını bildirib.

Kreml rəsmisi Polşanın Rusiyanı "terrorizmi dəstəkləyən dövlət" kimi tanımasına da toxunub. O, qərarı "anti-Rusiya isterikası" adlandırıb.

Dmitri Peskov, həmçinin Qərb ölkələrinin Rusiyanın neft sektoruna qarşı "tavan qiymət siyasəti" tətbiq etməsinə cavab xarakterli addımların hazırlandığını qeyd edib.

"Bu həftə Putinin cavab tədbirləri haqqında qərarı olacaq", - deyə Peskov söyləyib.




Ana səhifəyə qayıt        Baxış: 3 173          Tarix: 15-12-2022, 14:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma