Xəbər lenti

2023-ün gərgin il olacağını indidən söyləmək olar. Hadisələrin builki gedişatı göstərir ki, Azərbaycanla Ermənistan arasında gərginlik bu il də azalmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, sülh sazişinin imzalanması ehtimalı bu il də yüksək deyil, ancaq Qarabağda erməni separatçılara qarşı ünvanlı anti-terror əməliyyatları mümkündür.

Politoloq Rusiya ilə Ukrayna arasında müharibənin də davam edəcəyini ehtimal edir:

“Qonşu İranda daxili qarşıdurma azalmayacaq, toqquşmalar fərqli formalar alacaq, Türkiyədə Cümhurbaşqanı və parlament seçkilərində hakim partiya ilə müxalifət arasında başabaş mübarizə gedəcək, Çinin Tayvanı nəzarətə götürmək istəyi böyük dövlətləri üz-üzə qoyacaq. Bu sıraya Qərbin Rusiyaya qarşı yeni sanksiyalarını, enerji böhranını, dünyada artan inflyasiyanı və pandemiya ilə mübarizənin davamını aid etmək lazımdır...”




Ana səhifəyə qayıt        Baxış: 3 183          Tarix: 1-01-2023, 17:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma