Xəbər lenti

Sentyabr döyüşləri ilə əlaqədar bur qrup erməni hərbçisi istintaqa cəlb edilib.

Musavat.com erməni mediasına əsasən xəbər verir ki, təqsirləndirilən Ermənistan hərbçilərinin sayı 16-ya çatıb, 6 nəfər həbs edilib.

Erməni mediası təfsilat da yayıb: 6 iş artıq məhkəmələrə göndərilib. Bunu Baş Hərbi İstintaq Komitəsinin Nəzarət İdarəsinin rəisi Perç Ayvazyan İctimai Televiziyaya müsahibəsində bildirib.

Nədir istintaq altına düşən erməni hərbçilərinin cinayətləri? Erməni mediasına görə, işlər əsasən vəzifə səlahiyyətlərinin yerinə yetirilməməsi, xidmət qaydalarının pozulması ilə bağlıdır.

Azərbaycanla sərhəd toqquşmaları faktı əsasında 24 proses gedir (onları birləşdiriblər). Erməni mediası yazır ki, bu işlərlə bağlı hələlik təqsirləndirilən Azərbaycan əsgərləri yoxdur: "Onları tanımaq çətindir, video çəkilişlərdə üzlərini gizlədirlər".

Rəsmi xəbərdən sitat: "Ermənistan tərəfdən qurbanların sayı 224 nəfər olub, üç əsgər hələ də itkin düşmüş hesab olunur".

İstintaq nümayəndəsi deyir ki, erməni tərəfdən Azərbaycanın əlində məhbusların olması ilə bağlı təsdiqlənmiş məlumat yoxdur. Sitat: "Bakı oktyabrda 17 nəfəri geri qaytarıb".




Ana səhifəyə qayıt        Baxış: 2 947          Tarix: 24-01-2023, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma