Xəbər lenti

"Almaniya istehsalı olan “Leopard 1” və “Leopard 2” döyüş tanklarının Ukraynaya çatdırılması çox gec baş verib. Çünki Rusiyanın gözlənilən hücumuna qədər vaxt azalıb”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir etiraf Almaniya vitse-kansleri Robert Habekdən gəlib.

"Tankları göndərmək məsələsində biz əlimizdən gələn hər şeyi edirik, gec olsa da bu, baş verdi... Hamı Rusiyanın dəhşətli hücumunu gözləyir, vaxt isə daralır”,-deyə Almaniya rəsmisi “Die Zeit” qəzetinə müsahibəsində söyləyib.

Robert Habek Almaniyanın Ukraynaya hərbi təyyarələr göndərə bilməyəcəyini sözlərinə əlavə edib. Çünki ölkəsi ABŞ “F-16”larına malik deyil.




Ana səhifəyə qayıt        Baxış: 3 869          Tarix: 15-02-2023, 18:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma