Xəbər lenti

İranın Əlborz vilayətinin Kərəc şəhərində hava hücumundan müdafiə sistemlərinin əməliyyatı qeydə alınıb.

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərinə hücum olub.

Sosial şəbəkələrdə bununla bağlı çoxlu kadrlar yayılıb. Şahidlərin sözlərinə görə ardıcıl partlayış səsləri də eşidilib.

Ancaq hələlik heç bir rəsmi qurum bu xəbəri nə təsdiq, nə təkzib edib, ümumiyyətlə, bununla bağlı açıqlama verməyib. İqtidaryönlü nəşrlərdə isə bunun hərbi təlim olduğu bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl İsfahanda Müdafiə Nazirliyinin mərkəzlərindən birinə hücum olub və RƏM sistemi işə düşüb. Ekspertlər Kərəcdə də analoji hadisənin təkrarlandığını ehtimal edirlər.

Mənbə: Ecoiran.com




Ana səhifəyə qayıt        Baxış: 3 146          Tarix: 24-02-2023, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma