Xəbər lenti

Bu gün, aprelin 15-də 12 xəstə Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə Qarabağdan Ermənistan Respublikasının tibb mərkəzlərinə çatdırılıb.

Musavat.com xəbər verir ki, bunu Qarabağdakı qondarma rejimin nümayəndələri etiraf ediblər.

Yenə də cəfəng “blokada” iddiasını tirajlayan separatçılar bildiriblər ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə onkoloji xəstəlikləri və ürək-damar sistemi xəstəlikləri olan 12 xəstə Respublika Tibb Mərkəzindən Ermənistan Respublikasının müxtəlif ixtisaslaşdırılmış tibb mərkəzlərinə köçürülüb.

O da əlavə olunub ki, müalicə üçün Ermənistana göndərilən 8 xəstə müşayiətçiləri ilə birlikdə Qarabağa qayıdıb. Bildirilib ki, indiyədək - yəni Laçın yolundakı aksiyanın başlanmasından bəri Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə 317 xəstə Qarabağdan Ermənistana aparılıb.




Ana səhifəyə qayıt        Baxış: 2 987          Tarix: 16-04-2023, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma