Xəbər lenti

Xəbər verdiyimiz kimi, mayın 14-də Brüsseldə

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçirilməsi nəzərdə tutulur.

Avropa İttifaqı Şurasından "Amerikanın Səsi"nə verilən məlumata görə, iyunun 1-də Kişinyovda keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan rəhbərləri yenidən görüşəcəklər.

Bu görüşdə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts da iştirak edəcək.

Erməni mətbuatının yazdığına görə, birinci görüşün təkbətək keçirilməsi Bakının Makronun növbəti danışıqlara qatılması üçün əsas şərti olub. Rəsmi İrəvan Makronun vasitəçiliyinin bərpa olunması üçün Bakının şərtini qəbul edib.

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 204          Tarix: 11-05-2023, 12:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma