Xəbər lenti

“Kreml Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli təmasların mümkünlüyü barədə operativ məlumat verəcək”.

Bu sözləri jurnalistlərin suallarına cavab verən Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Biz gələn həftə Avrasiya inteqrasiyası məsələləri ilə məşğul olacağıq. Moskvada həm Avrasiya İqtisadi Forumu, həm də Ali Avrasiya İqtisadi Şurasının iclası olacaq. Biz gözləyirik ki, həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan bu tədbirlərdə iştirak üçün Moskvada olacaqlar”, - Kremlin sözçüsü bildirib.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 012          Tarix: 19-05-2023, 14:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma