Xəbər lenti

“Müşahidələr göstərir ki, Rusiya danışıqlar prosesinə təsir imkanlarını xeyli itirib. Moskva görüşündə Putin heç bir nəticəyə nail ola bilmədi, verilən proqnozlar özünü doğrultmadı. Heç birgə bəyanat da olmadı”.

Azad Vətən Partiyasının sədri Akif Nağı bu fikirləri Moskva görüşünü şərh edərkən Musavat.com-a açıqladı.

Partiya rəhbərinin sözlərinə görə, rəsmi Moskva bu nəticəsizliyi nəqliyyat kommunikasiyalarının açılmasına dair İşçi qrupun iclasının keçiriləcəyinə dair məlumatla doldurmağa çalışdı:

“Qəribədir ki, hətta həmin iclasla bağlı da əvvəlcədən qərar yox idi. Putin tərəflərin razılığını və vaxtı mətbuatın qarşısında dəqiqləşdirə bildi: “Digər tətəfdən, belə görünə bilər ki, Rusiya əvvəlcə yolların açılmasına nail olmaq, sonra sülh prosesi düsturunu qəbul etdirmək istəyir. Bu variant da mümkündür. Ona görə Putin bildirdi ki, məsələ əsasən həll olunub, bəzi terminləri dəqiqləşdirmək qalır. Görünür, "koridor", yoxa "yol" ifadələri arasında kompromis variant tapmağa çalışırlar”.

A.Nağının sözlərinə görə, mövcud durumda ən əsası isə odur ki, Azətbaycanla Ermənistan rəhbətləri arasında qarşılıqlı anlaşma əlamətləri görsənmədi: “Əksinə, qarşılıqlı mənfi münasibət aydın görsənirdi. Sülhə gedən tərəflər belə olmur. Rəhbərlərin arasındakı bu münasibətlərlə ikitərəfli görüşlər ehtimalı çox azdır”.




Ana səhifəyə qayıt        Baxış: 2 861          Tarix: 26-05-2023, 23:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma