Xəbər lenti

Çox istəyən azdan da olar. Çörəyi dizi üstündə olan naşükür haylar isə artıq neçənci dəfədir bunu öz murdar dərilərində hiss eləsələr də, yenə həya etməz, dərs götürməzlər. Unikal, bənzərsiz tayfadırlar nə qədər deyəsən.

Qarabağdakı bir ovuc gəlmə ermənilərə Azərbaycandan “müstəqil dövlət” tələb eləməyin acı sonluğu artıq məlum. Gəl ki, Xankəndidən, İrəvandan hələ də “miatsum” bayatıları eşidilir.

Bu harasıdır, ağzına utanmazcasına “iki erməni dövləti” ifadəsini alanlar var. Birini qurub qurtardılar, qaldı ikincisi.

Siz hələ gedin Ermənistan sərhədlərini özünüz qoruyun, görək, bacarırsızmı? Rusun bir qədər az nökəri-köləsi olun, ola bilirsizmi? İradəniz çatırmı? Qürurunuz, şərəfiniz azacıq var, ya yox?

Rusiya səfiri S.Kopırkini Ermənistan XİN-ə çağırıb ona irad bildirib şellənmək, hələ qəhrəmanlıq deyil, sadəcə, ikiüzlülükdür, növbəti oyunbazlıqdır. Özünə yeni ağa axtarışı cəhdidir, özünü təzədən “satışa” çıxarmaq tamaşasıdır.

Düz demiriksə, davamı gəlsin, görək necə gəlir. Gözləyirik. Hərgah, bu, bizim tanıdığımız sırtıq məxluqatdırsa, boşuna gözləməyək. Axı erməni həmişə öz problemlərini onun-bunun hesabına, ona-buna yükləməklə həll eləməyi sevir.

Çünki parazit həyat tərzinə öyrəncəlidir. Başqalarının, daha doğrusu, güclülərin sayəsində var olmaq, qidalanmaq, qudurmaq, amma bu zaman hamını özünə borclu çıxarmaq bu millətin qanında, genindədir. Ana südü ilə keçən xəstəlikdir.

Eyni zamanda, çox mazoxist bir tayfa. Əzab çəkməkdən sanki həzz alır. Baxın, iyunun 15-də Laçının girişində, Həkəri çayı üzərindəki nəzarət-buraxılış postumuzu gülləyə tutmaqla nəyə nail oldular? Kimə pislik elədilər?

İlk növbədə Qarabağdakı ermənilərə. Artıq nəzarət-buraxılış məntəqəsi 3 gündür bağlıdır. Nə o tərəfə keçən var, nə də bu tərəfə gələn. Qoy indi Xankəndindəki ermənilər bu təxribatı törədən soydaşlarının yeddi qatlına söysünlər, lənət oxusunlar. Bizlik bir şey yox...

“Artsax əhalisi arasında ərzaqla bağlı hələlik çox da böyük olmayan panik ovqat yaşanır. Çünki mağazalar indi boşdur, hətta kuponlarla belə alına biləcək heç nə yoxdur”.

Musavat.com-un məlumatına görə, bunu bu gün Xankəndidəki qondarma “parlament”in mifik deputatı Metakse Akopyan deyib.

Ardınca “deputat” gileylənir: “Keçid məntəqəsi (Laçın postu nəzərdə tutulur – Z.S.) məhz yaranan narazılığa görə bağlandı ki, Artsax xalqı anlasın ki, məntəqənin bağlanmağındansa, heç olmasa, belə şərtlərdə hərəkət etmək sizin üçün daha yaxşı idi”.

Yəni yenə aza qane olmaq, şükranlıq məsələsi.

Fəqət, erməni başına gələn bunca bəlalardan sonra əlindəkinə qane ola bilirmi? Yoxsa nə bilmişdiniz. Azərbaycan dövləti üzük qaşı kimi əhatəyə aldığı separatçı-quldurların başınımı sığallayacaq?..

Əlbəttə, bu hələ “jurnal”dır. “Kino” qabaqdadır. Özü də elə çox qalmayıb. Rusiya hərbçilərinin müvəqqəti nəzarətində olan əraziyə Ermənistandan gələn qaz, elektrik, su, internet xətləri kəsiləndən və Azərbaycana birləşdiriləndən sonra hər şey tam normal axarına qayıdacaq. Lap 80-ci illərdəki kimi.

Hələliksə qoy bir az da Laçın postunun xiffətini çəksinlər. Bəlkə ağıllansınlar və onları bir əsrdir öz əlində Bakıya qarşı oyuncaq kimi oynadan Rusiyanın qucağından, nəhayət, düşmək haqda düşünsünlər. Hər cür avantürist-provokatordan qurtulub da onlara əsl gün-güzəran, dinclik təmin edəcək bir dövlətə - Azərbaycana sığınsınlar.

Və bitsin bu iş...




Ana səhifəyə qayıt        Baxış: 3 664          Tarix: 18-06-2023, 20:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma