Xəbər lenti

Avropa İttifaqının Ermənistandakı missiyası müxtəlif vəzifələr üçün 23 vakansiya elan edib.

Bu barədə Aİ-nin internet saytında məlumat dərc olunub.

Saytda missiya rəhbəri, qərargah rəisi, əməliyyatlar, təhlükəsizlik, missiyaya qulluq və dəstək istiqamətləri üzrə vakant yerlər barədə məlumat verilib.

Elanda qeyd edilib ki, iş müddəti həftə ərzində 40 saat təşkil edəcək, müqavilə 19 fevral 2025-ci ilə qədər imzalanacaq və üç aylıq sınaq müddəti nəzərdə tutulacaq.

Xatırladaq ki, Ermənistana göndərdiyi 100 nəfərlik missiya bu il fevralın 20-dən fəaliyyətə başlayıb. Aİ sözügedən qrupu “mülki missiya” adlandırsa da, orada iştirak edən 100 nəfərdən 50-nin “silahsız müşahidəçi” olduğunu etiraf edib. Missiya Ermənistanda fəaliyyətə başlayandan ermənilər dəfələrlə Azərbaycanla şərti sərhəddə təxribatlara əl atıblar. Sonuncu dəfə iyunun 19-da isə elə Ermənistan KİV-in məlumatına görə, avropalı müşahidəçilər “gərgin hərbi vəziyyətlə əlaqədar təcili təxliyə ediliblər”. Yəni İrəvanın irimiqyaslı silahlı təxribat hazırladığına bir növ işarə vurublar. Belə görünür ki, onlar gərginlik bəhanəsiylə avropalı müşahidəçiləri sərhəd bölgəsindən uzaqlaşdırmaq, bununla da şərti sərhəddə Ermənistan ordusunun canlı qüvvəsinin və hərbi texnikasının toplanmasını gizlətmək istəyirlər.

Bu gedişlə, yeni elanla avropalıların sayı şərti sərhəddə ermənilərin sayını üstələyəcək.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 3 163          Tarix: 21-06-2023, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma