Xəbər lenti

Türkiyə hərbi-sənaye kompleksi pilotsuz təyyarələrin modernləşdirilməsi və ortaq istehsalın qurulması üçün Çindən texnologiya almaq istəyir.

Musavat.com xəbər verir ki, bu barədə Honkonqun “South China Morning Post” qəzeti məlumat yayıb. Qəzetin iddiasına görə, Ankara Pekinin köməyi ilə “Bayraktar TB2”ləri təkmilləşdirmək istəyir.

Pekində yerləşən “Yuan Wang” hərbi beyin mərkəzinin əməkdaşı Çjou Çenminqin sözlərinə görə, Ukraynadakı münaqişə zamanı Türkiyə “Bayraktar TB2”lərin bəzi zəif cəhətləri üzə çıxıb. Ankara bu məqsədlə Çinin öz dron texnologiyasını ona ötürəcəyinə ümid bəsləyir", - deyə, çinli ekspert danışıb.

Qəzet qeyd edir ki, söhbət “Tsaihong” (CH) seriyalı Çin pilotsuz təyyarələrindən və xüsusiyyətlərinə görə Amerikanın “MQ-9 Reaper” ilə müqayisə oluna bilən “BT-001” kəşfiyyat maşınlarından gedir.

Digər çinli hərbi ekspert Son Junpin Türkiyənin Çinlə çoxsaylı buraxılış raket sistemləri, taktiki raketlər və hava hücumundan müdafiə sistemləri ilə bağlı əməkdaşlıq edə biləcəyini söyləyib. "Bu, qarşılıqlı faydalı əməkdaşlıq olacaq. Türkiyə NATO-nun üzvü olduğu üçün Çin xarici bazarda genişlənmək üçün Ankaranın xüsusi statusundan istifadə edə bilər. Çinin Türkiyədə istehsal edilən silahlarının NATO ölkələrinə satılacağını düşünmürəm, onlar yalnız alyansa üzv olmayan dövlətlərə və ya üçüncü ölkələrə satılacaq. Necə ki Türkiyə Ukraynaya pilotsuz təyyarələr satıb", - deyə, Sun Junpin vurğulayıb.

Lakin Şanxay Siyasi Elmlər və Hüquq Universitetindən Ni Lesün Çinin əsas texnologiyaların Türkiyəyə ötürülməsi ehtimalına şübhə ilə yanaşdığını ifadə edib. Onun fikrincə, NATO ölkələri Türkiyədə istehsal olunan Çin silahlarını almaz, çünki bu silahlarda Çinin xüsusi çiplər yerləşdirəcəyindən ehtiyat edirlər.

Çjou Çenminq isə Ankaranın hava hücumundan müdafiə sistemlərinin alınması üzrə tender hekayəsindən sonra Çinin hərbi-sənaye kompleksinin Türkiyə ilə hər hansı əməkdaşlıq variantına ehtiyatla yanaşacağını söyləyir. Xatırladaq ki, 2015-ci ildə iki illik danışıqlardan sonra Türkiyə Çinin “FD-2000” hava hücumundan müdafiə sistemlərinin alınması üzrə 3,4 milyard dollarlıq müqavilədən imtina etmişdi. Ankara həmin il öz seçimini Rusiyanın S-400-lərinin xeyrinə etmişdi. Ruslarla bağlanan sazişin həcmi 2,5 milyard dollardır.




Ana səhifəyə qayıt        Baxış: 3 360          Tarix: 20-07-2023, 17:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma