Dünən Qarabağda diqqətçəkən üç hadisə yaşandı:
- Bir qrup erməni təxribatçı Azərbaycanın göndərdiyi yardım TIR-larının önünü kəsmək üçün Ağdam yoluna toplaşdı: bu təxribatçılar Ruben Vardanyanın dəstəsinin üzvləridir;
- Vardanyan Rusiya sülhməramlılarını müdafiə edən açıqlamalar verdi;
- Rusiya Müdafiə Nazirliyi Azərbaycanı Şuşada “atəşkəsi pozmaqda” ittiham etdi: bu, uzun müddətdən sonra ilk belə ittihamdır;
Baş verənlər fonunda Ağdam yolunda Azərbaycan TIR-larının önünün kəsilməsinin arxasında rus izinin olduğu ehtimalı ön plana çıxır.
Rusiyanın ikili oynadığı istisna edilməməlidir: bir tərəfdən, Bakının yolunu kəsə bilmədiyi üçün Laçın yolu ilə yanaşı, Ağdam yolunun da açılmasını dəstəkləyir; digər tərəfdən, Vardanyanın dəstəsini oyuna daxil etməklə “erməni əhalisi yardımı qəbul etmir” görüntüsü yaradır;
Və bununla azərbaycanlıların qurduğu çadırla erməni təxribatçıların qurduğu çadır arasında “vasitəçi” kimi bölgədəki mövcudluğuna ehtiyac formalaşdırır. Təxribatın arxasında məhz Vardanyanın dayanması bu kontekstdə diqqətçəkən əsas məqamlardandır.
Belə görünür ki, Xankəndi uğrunda mübarizənin yeni mərhələsi artıq başlayıb.//publika.az
Paylaş: